“Real Madrid”in keçmiş müdafiəçisi Lukas Vaskes “Milan” və “Yuventus”un maraq dairəsindədir. SİA xəbər verir ki, bu barədə AS məlumat yayıb. “Beşiktaş” da futbolçunun transferini düşünür. 34 yaşlı futbolçu 2007-ci ildən “Los Blancos”da çıxış edib və 402 matçda iştirak edib. Bu müddət ərzində o, 23 titul qazanıb: beş Çempionlar Liqası, beş Klublararası Dünya Çempionatı, dörd UEFA Super Kuboku, dörd İspaniya Çempionu və İspaniya Superkuboku və bir dəfə İspaniya Kuboku.
Xatırladaq ki, “Real Madrid”in digər sabiq futbolçusu Luka Modriç müqaviləsi başa çatdıqdan sonra artıq Massimiliano Alleqrinin komandasına keçib.