Kürdəmir rayonu, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Elşən Qıtan oğlu Əzizova məxsus “Naftalan” ailəvi restoranında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb. AQTA-dan SİA-ya bildirilib ki, Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb ediblər. Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb.
İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.