Messi Ronaldonu ötdü

20 İyul 2025 13:05 (UTC+04:00)

ABŞ-da MLS-in növbəti turu çərçivəsində keçirilən oyunda “İnter Mayami” səfərdə “Nyu-York Red Bulls” üzərində 5:1 hesablı qələbə qazanıb. SİA xəbər verir ki, qonaqların heyətində argentinalı hücumçu Lionel Messi dubl edib. Bu qollar onun karyerasında penaltilər nəzərə alınmadan vurduğu 763-cü və 764-cü qollar olub. Bununla da Messi bu göstəricidə yenidən əsas rəqibi Kriştiano Ronaldonu qabaqlayıb. Hazırda portuqaliyalının aktivində penalti zərbələri istisna olmaqla 763 qol var.