Novxanıda dənizdə batan məktəblilərin adları məlum olub

20 İyul 2025 12:37 (UTC+04:00)

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 2 nəfərin adları məlum olub. SİA-nın yerli bürosu məlumat verir ki, batan şəxslər Xırdalan şəhər sakinləri 2009-cu il təvəllüdlü Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğludur. Hər iki yeniyetmə 21 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləridir.

Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir.