...Basta təxəllüsü ilə tanınan reper Vasili Vakulenko 45 illik yubileyi şərəfinə proqramla çıxış edir. Musiqiçi artıq Lujnikidə keçirilən iki Moskva konsertində 145 min tamaşaçı toplayıb, indi isə Yekaterinburq Arenasında 40 min tamaşaçı toplayaraq yeni rekorda imza atıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu, stadion üçün unikal haldır.
Xüsusilə bu konsert üçün əlavə stendlər qurulub.
Konsert təşkilatçıları öyünürlər ki, bu cür şeylər adətən burada ancaq futbol matçlarında edilir.
..Daha əvvəl reper Basta sosial şəbəkələrdə daim zorakılıqla üzləşdiyini bildirib.
Vakulenkonun sözlərinə görə, internetdə özü haqqında oxuduğu şərhlərin çoxu həqiqətən onun hisslərini incidir.
Nazlı Almuradova