"Azərbaycan cəmiyyəti media savadlılığı məsələsində KİV ilə aktiv işləyir"

20 İyul 2025 10:58 (UTC+04:00)

Azərbaycan cəmiyyəti media savadlılığının inkişafı məsələsi başda olmaqla ölkənin kütləvi informasiya vasitələri ilə fəal şəkildə işləyir. SİA-nın verdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunda deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə və uşaqlar arasında media savadlılığının artırılmasına xüsusi diqqət yetirilir: "Biz əminik ki, media savadlılığı olan nəslin formalaşdırılması cəmiyyətimizin informasiya immunitetinin gücləndirilməsinin ən vacib yollarından biridir".