Azərbaycan təmsilçisi İsveçrə komandasına qalib gəlib

20 İyul 2025 05:56 (UTC+04:00)

Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilir. SİA xəbər verir ki, sözügedən oyunlarda ölkəmizi Azərbaycan Tələbə Liqasının 2024/2025-ci illər mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edir. Kollektiv iyulun 16-da Xorvatiyaya yola düşüb.

Onlar keçirilən ilk oyunda 5:1 hesabı ilə İsveçrə komandasına qalib gəliblər.

Qeyd edək ki, komandanın Avropa çempionatda iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının dəstəyi ilə həyata keçirilir. Yarışa iyulun 25-də yekun vurulacaq.