Saabın toyunda atasının kolleksiyasından paltar geyindi - FOTO

20 İyul 2025 04:11 (UTC+04:00)

Türkiyəli aktrisa Hande Erçel tanınmış modelyer Eli Saabın oğlu Selio Saabın Livandakı dəbdəbəli toyunda iştirak edib. SİA xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb. Toya iş adamı olan sevgilisi Hakan Sabancı ilə qatılan aktrisa Eli Saabın 2003-cü ilin yaz kolleksiyasından olan libas geyinib. Aktrisanın geyimi sosial mediada maraq və müzakirələrə səbəb olub.