“Fənərbağça” Mahmutoğlu ilə müqaviləni uzatdı - FOTO

20 İyul 2025 04:45 (UTC+04:00)

“Fənərbağça” kapitanı Melih Mahmutoğlu ilə müqaviləni 1 illik uzadıb. SİA xəbər verir ki, bu barədə Türkiyə komandasının mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb. Qeyd edək ki, qarşıdan gələn mövsüm basketbolçu üçün “Fənərbağça”nın heyətində 13-cü olacaq. Mahmutoğlu bütün klub oyunçuları arasında bu göstəriciyə görə liderdir. Yada salaq ki, başa çatan Avroliqa mövsümündə məşhur litvalı məşqçi Sarunas Jasikeviçiusun rəhbərliyi altında “Fənərbaxça” tarixində ikinci dəfə çempion olub.