Kəlbəcərdə 63 yaşlı kişi qayadan yıxılaraq ölüb

19 İyul 2025 15:50 (UTC+04:00)

Kəlbəcərdə bədbəxt hadisə baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Qamışlı kəndində qeydə alınıb.

Kənd sakini 1962-ci təvəllüdlü R.Baxışov kənd ərazisində qayadan yıxılıb. 63 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.