...İnsanlar 2025-ci ildə yadplanetlilərlə əlaqə quracaqlar. Bu, “böyük idman hadisəsi” ilə üst-üstə düşəcək.
Bolqar görücü Vanqanın bu proqnozunu “Yaşayan Nostradamus” ləqəbli ekstrasens Afos Salomeye də təsdiqləyib.
SİA-nın məlumatına görə, bunu New York Post yazır.
Nəşr qeyd edir ki, 2025-ci ilin ən diqqət çəkən oyunları və çempionatlarından bəziləri artıq baş tutub.
Xüsusilə, bunlara Uimbledon, Super Boul və NBA pley-offları daxildir.
Bununla belə, il hələ başa çatmayıb və “qarşıda yerdən kənar ziyarətçiləri cəlb edə biləcək bir çox idman tədbirləri var”.
Braziliyadan olan 38 yaşlı özünü paranormal mütəxəssis elan edən “Yaşayan Nostradamus” kimi tanınan Atos Salome də bu fikirdədir.
…“James Webb” teleskopu sayəsində bəşəriyyət nəhayət yadplanetli həyatın mövcudluğu sualına cavab tapa bilər, eyni zamanda ABŞ kimi hökumətlər UFO fayllarının məxfiliyini ləğv edə bilər.
Bunu deyən ekstrasentin fikrincə, bu kəşflər “insanların mövcud olduğumuz Kainata və özümüzə baxışında inqilab edə biləcək”.
2021-ci ilin dekabrında planeti tərk edən teleskop hazırda Günəş ətrafında dövr edir.
O, 2025-ci ilin iyununda ekzoplanetin kəşfi də daxil olmaqla, bir sıra astronomik kəşflərin edilməsinə kömək edib.
Amma maraqlıdır ki, bununla belə, “Ceyms Uebb” hələ heç bir yerdən kənar həyat aşkar etməyib.
Nazlı Almuradova