Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda nəqliyyat ilə yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 5,3% artıb.
Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 116,4 mln. ton yük daşınmışdır.
“Yüklərin 4%-i dəniz, 7,3%-i dəmir yolu, 0,2 faizi hava, 60,1%-i avtomobil nəqliyyatı, 28,4%-i isə boru kəməri ilə daşınıb”, - məlumatda qeyd olunur.
Bildirilir ki, hesabat dövründə qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,3%, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 79,1% təşkil edib.
Məlumata əsasən, 2025-ci ilin yanvar-iyun aylarında nəqliyyatçılar 1 018,8 milyon sərnişinə xidmət göstərilib. Sərnişinlərin 88,4%-i avtomobil nəqliyyatı, 10,9%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.