Goranboyda yük maşını aşıb

19 İyul 2025 10:11 (UTC+04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yerləşən körpünün üzərində qeydə alınıb. Kəlbəcər rayon sakini, 1987-ci il təvəllüdlü F.İsgəndərovun idarə etdiyi “KamAZ” hərkətdə olan zaman aşıb.

Qəza zamanı xəsarət alan olmayıb. Yük yerində olan ot bağlamaları yola dağlıb.