Mauro İkardidən bir müddət əvvəl ayrılan məşhur model Vanda Nara boşanması və eşq həyatından danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Vanda Nara yeni sevgilisi olduğunu açıqlayıb və "Məşhur futbolçu ilə birlikdə olduğunuz doğrudurmu?” sualına "hə” cavabını verib. Suala cavabı müsbət olsa da, ancaq sevgilisinin adını açıqlamayıb.