Rusiyanın bu hava limanında məhdudiyyətlər tətbiq edildi

19 İyul 2025 02:13 (UTC+04:00)

Moskvanın Domodedovo hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. SİA xəbər verir ki, bu haqda bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako teleqram kanalında bildirib. “Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün lazımdır. Hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir və ya göndərmir”, - məlumatda deyilir.