Fransa prezidenti Emmanuel Makron Amerika lideri Donald Trampı ukraynalı həmkarı Vladimir Zelenski ilə barışdırmağa kömək edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Washington Post (WP) yüksək səviyyəli Avropa mənbələrinə istinadən məlumat yayıb.
Qəzet yazır ki, iki avropalı diplomat, "Fransa prezidenti Makron xüsusilə faydalı olub, Trampla uzun, bəzən də çətin olan münasibətindən istifadə edərək, Ukraynanı dəstəkləməyin Ağ Evin qələbə qazanmasına kömək edəcəyi fikrini ortaya atıb".
Bundan əvvəl Zelenski ümid edirdi ki, Tramp nəhayət Ukrayna münaqişəsini dayandıra biləcək.
Əli Babayev