Saatlı rayonunda yeniyetmə Araz çayında batıb. SİA-nın xəbərinə görə, hadisə günorta saatlarında qeydə alınıb. Saatlı şəhər sakini, 2012-ci il təvəllüdlü Kənan Ramazanlı Araz çayında çimərkən suda batıb.
Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işləri davam etdirilir.