Bakıda evin qarajı və avtomobil yanıb

18 İyul 2025 16:36 (UTC+04:00)

Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub. SİA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 150 m² (hər mərtəbəsi 75 m²) olan ikimərtəbəli 3 otaqlı evin 1-ci mərtəbəsində sahəsi 25 m² olan qarajın tavanı və içərisində dayanan minik avtomobili yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.