Bakıda ata həbsdəki oğluna narkotik vasitə gətirib

18 İyul 2025 15:58 (UTC+04:00)

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə SİA-ya xidmətdən məlumat verilib.

Bildirilib ki, həbs olunmuş şəxs İsmayıl Aqil oğlu Gülməmmədova atası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman idman şalvarının cibində gizlədilmiş 1 ədəd bükülüdə metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.