Britaniya səfirliyi ANAMA ilə əməkdaşlığı yüksək qiymətləndirib

18 İyul 2025 15:55 (UTC+04:00)

Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) ilə səmərəli əməkdaşlığın nəticələrindən məmnunluğunu ifadə edib. SİA xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"ANAMA-nı yaranmasının 27-ci ildönümü münasibətilə təbrik edirik! Birləşmiş Krallıq Azərbaycanın minatəmizləmə sahəsində aparıcı tərəfdaşlarından biridir. Biz ANAMA ilə əməkdaşlıqdan və bu sahədə birgə nailiyyətlərdən qürur duyuruq", - paylaşımda bildirilib.