Bu ilin altı ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2838 nəfər cəlb edilib. Bu barədə SİA-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslərdən 2 745-i kişi, 93-ü qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş 52 nəfər xarici ölkə vətəndaşından ümumilikdə 722 kq 214,275 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 198,217 qr çətənə kolu götürülüb.