Meymun çiçəyinə yoluxanların sayı artır

18 İyul 2025 15:23 (UTC+04:00)

Qərbi Afrika ölkələrindən biri olan Qanada meymun çiçəyi virusuna (mpox) yoluxanların sayının 197-yə yüksəldiyi açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qana Səhiyyə Xidməti ölkədə may ayından bu yana 11 yeni mpox çiçək xəstəliyinə yoluxma halının aşkar edildiyini və bu halların sayını 197-yə çatdırdığını açıqlayıb.

Bəyanatda vurğulanıb ki, rəqəmlər sabit, lakin idarə oluna bilən artımdan xəbər verir və ümummilli sayıqlıq qorunmalıdır. Açıqlamada, Mpox virusuna qarşı müxtəlif kampaniyaların başlatıldığı və Qana Səhiyyə Xidməti hər kəsin məlumatlı olmasını və tədbir görməsini təmin etmək üçün ictimai məlumatlandırma kampaniyalarının da artırdığı qeyd edilib. Mayın 19-da Qana hökuməti bu il ilk dəfə dörd nəfərdə Mpox virusunun aşkar edildiyini açıqlayıb.