Bakıda ASOSAI və ARABOSAI-nın birgə toplantısı keçirilir

18 İyul 2025 12:26 (UTC+04:00)

Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə bu gün Bakıda Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) və Ali Audit Orqanları Ərəb Təşkilatının (ARABOSAI) birgə toplantısı keçirilir. SİA xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Toplantıda əvvəlcə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Prezident İlham Əliyevin toplantı iştirakçılarına müraciətini səsləndirib.