UEFA Çempionlar Liqası: "Şelburn" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

18 İyul 2025 09:51 (UTC+04:00)

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"la (İrlandiya) ilk matçının hakimləri müəyyənləşib. SİA xəbər verir ki, görüşü Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Qarşılaşmanın baş hakimi Ante Çulina olacaq. Ona Luka Puşiç və İvan Mihali kömək edəcək. Dördüncü hakim funksiyasını Mateo Erceq yerinə yetirəcək.

VAR hakimi Mario Zebec, AVAR hakimi isə Tixomir Pejin olacaq.

Qeyd edək ki, qarşılama iyulun 23-də Dublindəki "Tolka Park" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.