“Sənaye 4.0 Hazırlıq Proqramı”na müraciət üçün portal istifadəyə verilib

17 İyul 2025 16:51 (UTC+04:00)

Azərbaycanda yerli bizneslərin texnoloji transformasiyasını sürətləndirmək imkanlarını gücləndirmək məqsədilə “Sənaye 4.0 Hazırlıq Proqramı”na qeydiyyat üçün nəzərdə tutulan “industry4.az” portalı istifadəyə verilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinə (4SİM) istinadən xəbər verir.

“Sənaye 4.0 Hazırlıq Proqramı” texnologiyaların tətbiqi və mənimsənilməsi vasitəsilə müəssisələrin səmərəliliyini artırmaq, onların uzunmüddətli davamlı inkişafına dəstək məqsədi daşıyır, ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək üçün strateji əhəmiyyət kəsb edir.

Proqram çərçivəsində aşağıdakı fəaliyyətlər nəzərdə tutulur:

Müəssisələr ilkin məlumatları təqdim edərək “industry4.az” platformasında qeydiyyatdan keçə bilərlər. İlkin seçim mərhələsini uğurla keçən müəssisələr proqram çərçivəsində ətraflı dəstək almaq imkanı əldə edəcəklər. Hər bir müəssisə üçün proqramın müddəti 3-4 ay təşkil edəcək.