Bakıda altı ay ərzində dövlətə, fiziki və hüquqi şəxslərə 10 milyon manata yaxın ziyan vurulub

17 İyul 2025 16:19 (UTC+04:00)

Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 9 milyon 934 min 994 manat 14 qəpik məbləğində ziyan olub. SİA xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində deyilib.

Qeyd olunub ki, həmin maddi ziyanın 5 milyon 279 min 487 manat ,65 qəpiyi və ya 53,1 %-nin ödənilməsi təmin edilib.