Azərbaycan idmançıları Universiadada mübarizəyə başlayırlar

17 İyul 2025 11:31 (UTC+04:00)

Azərbaycan idmançıları Almaniyanın Reyn-Rur regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında mübarizəyə bu gün start verəcəklər. SİA xəbər verir ki, təmsilçilərimiz 5 idman növündə - stolüstü tennis, badminton, qılıncoynatma, üzgüçülük və tennisdə qüvvələrini sınayacaqlar. Yarışlar Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.

Qeyd edək ki, Berlin, Boxum, Essen, Duysburq, Mülhaym və Hagen şəhərlərinin ev sahibliyi etdiyi Universiadada Azərbaycan 12 idman növü üzrə 71 idmançı ilə təmsil olunur.