“Neftçi” Polşada ilk yoxlama oyununa çıxacaq

17 İyul 2025 11:09 (UTC+04:00)

Növbəti mövsümün hazırlığını Polşada davam etdirəm “Neftçi” futbol klubu bu gün ilk yoxlama oyununa çıxacaq. SİA xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda İsrail təmsilçisi “Hapoel” (Təl-Əviv) ilə münasibətləri aydınlaşdıracaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” daha sonra Polşanın “Termalika” (22 iyul), Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) komandaları ilə gücünü sınayacaq.