Azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından məhrum edilib. SİA bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Onun rusiyalıların ünvanına guya təhqiramiz ifadələr işlətməsindən sonra Rusiya pasportundan məhrum edildiyi bildirilir. Məlumata görə, o, ötən ilin iyulunda Moskvada keçirilən turnirdə rusiyalı idmançını məğlub edib. Bundan sonra Rzayev digər idmançı Artur Kulinski ilə mübahisə edərək onu “rus donuzu” adlandırıb. Daha sonra o, Kulinskidən üzr istəyib və bununla rus xalqını təhqir etmək istəmədiyini də bildirib.