Husilər İsrail paytaxtına zərbə endirdi

17 İyul 2025 00:41 (UTC+04:00)

Yəmən üsyançıları husilər növbəti dəfə İsrailə raket zərbələri endirib. SİA xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya deyib. O bildirib ki, hücumlarda paytaxt Tel-Əvivdəki Ben-Qurion aeroportu da hədəf alınıb. Sariya hava limanının “Zülfüqar” raketi ilə vurulduğunu bildirib.