Suriya keçid hökumətinin Müdafiə Nazirliyinin xüsusi təyinatlıları Süveydə şəhərindən çıxmağa başlayıb. SİA xəbər verir ki, bu barədə “Sky Nyus” məlumat yayıb. “Əldə olunmuş atəşkəs razılaşmasına uyğun olaraq qoşunlar Süveydəni tərk edir və polis qüvvələri şəhər üzərində nəzarəti həyata keçirəcək. İsrailin hücumları səbəbindən qoşunların çıxarılması əməliyyatının başa çatması ləngiyir”, - deyə bildirilib.
Qeyd edək ki, daha əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA-lar Dəməşq-Süveydə magistral yolu ilə hərəkət edən təhlükəsizlik qüvvələrinin kolonlarına zərbələr endirib.