"Real”ın futbolçusu əməliyyat olundu

17 İyul 2025 00:30 (UTC+04:00)

İspaniya təmsilçisi “Real Madrid” yarımmüdafiəçisi Cud Bellinqem çiynindən əməliyyat olunub. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Futbolçumuz Cud Bellinqhem sol çiyninin təkrar çıxması səbəbindən uğurla əməliyyat olunub. Hazırda Bellinqhem məşqlərə qayıtmazdan əvvəl reabilitasiyadan keçir”, - məlumatda bildirilir.

Qeyd edək ki, keçən mövsüm Bellinqhem “Real Madrid”in heyətində bütün turnirlərdə 58 oyun keçirib, 15 qol vurub və 15 məhsuldar ötürmə edib.