"Araz-Naxçıvan"ın əvəzedici komandası Premyer Liqa təmsilçisi ilə qarşılaşacaq

16 İyul 2025 17:03 (UTC+04:00)

“Araz-Naxçıvan”ın əvəzedici komandası yeni mövsümə hazırlıq məqsədi ilə 3 yoxlama oyununda qüvvəsini sınayacaq. SİA xəbər verir ki, bölgə təmsilçisi ilk olaraq iyulun 19-da Premyer Liqanın debütantı “İmişli”, ertəsi gün “Şamaxı-2” ilə gücünü sınayacaq.

"Qırmızı-ağlar”ın ikinci komandası növbəti matçını iyulun 26-da “Neftçi-2”yə qarşı keçirəcək.