“Real Madrid” Lukas Vaskeslə vidalaşıb

16 İyul 2025 16:34 (UTC+04:00)

İspaniyanın “Real Madrid” klubu futbolçusu Lukas Vaskeslə vidalaşıb. SİA Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı oyunçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

İspaniya millisinin üzvü olmuş Vasqes 2015-ci ildən “kral klubu”nun əsas heyətində çıxış edirdi.

Qeyd edək ki, o, 10 mövsüm ərzində “Real Madrid”in heyətində 23 titul qazanıb.