Oğuzda meşəlik ərazidə üzərinə ağac düşən 34 yaşlı şəxs ölüb

16 İyul 2025 14:54 (UTC+04:00)

Oğuzda bədbəxt hadisə nəticəsində Qəbələ sakini ölüb. SİA-nın məlumatına görə, hadisə rayonun Xalxal kəndində, meşə ərazisində qeydə alınıb.

Qəbələ rayonu Abrıx kənd sakini, 1991-ci il təvəllüdlü Elnur Şümüd oğlu Mustafayev meşəlik ərazidə üzərinə ağac düşməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.