İlin ilk altı ayında 200-dən çox şəxs Azərbaycana readmissiya edilib

16 İyul 2025 14:52 (UTC+04:00)

Bu ilin ilk yarısında Dövlət Miqrasiya Xidməti (DMX) 219 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib. Bu barədə SİA-ya Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir.

Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində baş tutub.