Moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol qəzası olub

16 İyul 2025 10:35 (UTC+04:00)

Bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəzalarda 4 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Paytaxt Bakıda qaydaların pozulması səbəbindən qeydə alınan 7 qəzada isə 9 nəfər xəsarət alıb.