NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

16 İyul 2025 09:43 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, avqustda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,77% artaraq 3,532 ABŞ dolları təşkil edib.