Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub

16 İyul 2025 09:38 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) Qazaxıstanın "Marsh" və "Aon" sığorta brokerlərini xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 98-ə çatıb.

Bundan əvvəl bu ilin aprel ayında Türkiyənin "Gallagher Sigorta ve Reasürans Brokerliği" sirmətinə sığorta brokerlərinin reyestrinə daxil edilmişdi.

Xatırladaq ki, "Marsh" 2000-ci ildən, "Aon" isə 2004-cü ildən fəaliyyət göstərir.