Alsu boşanmamışdan qabaq evini satıbmış

16 İyul 2025 08:42 (UTC+04:00)

Yan Abramovdan boşanan Alsunun boşanmadan bir müddət əvvəl evini satdığı məlum olub. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənni, Rublevkadakı Usovo elit kəndində "Viktoriya" üslubunda tikilən dəbdəbəli malikanəsini satıb. Alqı-satqı yüz milyonlarla rubl dəyərində qiymətləndirilir.