Üç ölkə İrana avqustun sonunadək vaxt verdi

16 İyul 2025 05:30 (UTC+04:00)

ABŞ, Fransa, Almaniya və Böyük Britaniya İranla nüvə sazişinin əldə olunması üçün son tarix kimi avqustun axırını təyin etmək qərarına gəliblər. SİA xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb. Bildirilib ki, ABŞ dövlət katibi Marko Rubio ilə Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri bazar ertəsi telefon danışığı zamanı bu barədə razılığa gəliblər. Nəşr yazır ki, əgər bu müddətə qədər razılıq əldə olunmazsa, Tehran sərt sanksiyalarla üzləşə bilər. Belə ki, üç Avropa ölkəsi 2015-ci il İran razılaşmasının bir hissəsi olaraq BMT Təhlükəsizlik Şurasının ləğv etdiyi bütün sanksiyaların avtomatik bərpası mexanizmini işə salmağı planlaşdırır.