Türkiyənin tanınmış aktyoru, “Hudutsuz Sevda” serialında Şərəf obrazını canlandıran Emre Törün 53 yaşında vəfat edib. SİA xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, onun daha əvvəl məğlub etdiyi xərçəng xəstəliyi təkrar baş qaldırıb və qaraciyərinə yayılıb.
Qeyd edilib ki, son günlər vəziyyəti ağırlaşdığı üçün yaxınları onun son arzusunu yerinə yetirərək aktyoru Balıkəsirə aparıblar. Bu gün isə həyat mübarizəsini uduzub. Allah rəhmət eləsin!