"Sumqayıt" "Sabah"ın futbolçusunu icarəyə götürdü

16 İyul 2025 01:40 (UTC+04:00)

"Sumqayıt" "Sabah"ın futbolçusu Rauf Rüstəmlini icarəyə götürüb. "Gənclik şəhəri" təmsilçisindən SİA-ya verilən məlumata görə, yarımmüdafiəçi 1 il ərzində "Sumqayıt"ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca "Sabah" və "Şamaxı"da top qovub. 21 yaşlı oyunçu U-17, U-19, U-21 və A milli komandalarımızın da şərəfini qoruyub.