Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib. SİA xəbər verir ki, futbolçu Polşanın "Motor" komandası ilə anlaşıb.
26 yaşlı ön xətt oyunçusu ilə sonradan uzatmaq şərtilə1 illik müqavilə imzalanıb.
Futbolçu klubun rəsmi saytına açıqlamasında bunları deyib:
"Motora qoşulduğum üçün çox şadam. Yeni mövsümün başlanmasını səbirsizliklə gözləyirəm, ümid edirəm ki, bizim üçün çox uğurlu olacaq. İlk matçda satılma ehtimalı olduğunu eşitmişəm, ona görə də bu bazar günkü matçı səbirsizliklə gözləyirəm " .