...Müntəzəm olaraq yumurta yemək Alzheimer xəstəliyi riskini demək olar ki, yarıya qədər azalda bilər. Bu, amerikalı alimlərin Rush Memory and Aging Project adlı uzunmüddətli koqnitiv tədqiqatda iştirak edən mindən çox yaşlı insanın məlumatlarını təhlil etdikdən sonra gəldiyi nəticədir.
SİA-xəbər verir ki, araşdırmanın nəticələri “The Journal of Nutrition” jurnalında dərc olunub.
Orta yaş həddi 81 olan iştirakçılar tədqiqatın əvvəlində qidalanma vərdişləri ilə bağlı anket doldurublar.
6,7 il ərzində onların 27 faizinə Alzheimer xəstəliyi diaqnozu qoyulub. Bununla belə, həftədə ən azı iki yumurta yeyənlər arasında demensiyaya tutulma riski 47 faiz azalıb.
Üstəlik, 578 iştirakçının ölümdən sonra beyin yarılması göstərdi ki, yumurta həvəskarlarında bu xəstəliyə xas olan patoloji əlamətlər daha azdır.
Təhlil həmçinin müəyyən edib ki, qoruyucu təsirin 39 faizi yumurta sarısında olan və neyron funksiyasını dəstəkləyən qida maddəsi olan xoline bağlıdır.
Yumurtalar xolinlə yanaşı, beyin sağlamlığı üçün də vacib olan omeqa-3 yağ turşuları və luteinlə zəngindir. Beləliklə, yumurtanın diyetə daxil edilməsi yaşlı insanlarda demans riskini azaltmaq üçün sadə, təhlükəsiz və ucuz bir yol ola bilər.
Nazlı Almuradova