Cəlilabadda meşədə yanğın başlayıb

15 İyul 2025 14:02 (UTC+04:00)

Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb. SİA-nın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğının qarşısının alınması və ətraf ərazilərə yayılmaması üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.