Paşinyanla Makronun Parisdə söhbətinin əsas mövzusu regional əhəmiyyətli məsələlər olub. Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə aparılan müzakirələrin nəticələrini Fransa prezidenti Emmanuel Makrona təqdim edib. Bu barədə Yelisey sarayında keçirilən iclasın yekunlarına dair Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Bundan əvvəl Paşinyan Brüsseldə Ursula fon der Leyen və Antonio Kosta ilə üçtərəfli görüşdə iştirak edib. Paşinyanla Makronun Parisdə söhbətinin əsas mövzusu regional əhəmiyyətli məsələlər olub. Təbriklər də yer alıb.
Ermənistanın baş naziri “Makronu Fransanın milli bayramı münasibətilə ürəkdən təbrik edib”, Fransa prezidenti isə “Ermənistanla çoxtərəfli əməkdaşlığın inkişafı və dərinləşdirilməsinə sadiqliyini vurğulayıb”.
"Ermənistanın baş naziri Nikol Paşinyanı Parisdə salamlamağa şad oldum". Bu barədə Fransa prezidenti Emmanuel Makron sosial şəbəkədə yazıb. “Mən Fransanın Azərbaycanla sülhün bərqərar olması üçün göstərdiyi cəsarətli səyləri dəstəklədiyini bir daha təsdiqlədim. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanması regionun bütün xalqları və ölkələri üçün və ondan kənarda yeni səhifə aça bilər. Bu görüş həm də bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirmək və strateji ikitərəfli tərəfdaşlığımızı mümkün qədər tez gücləndirmək məqsədi ilə ikitərəfli münasibətlərimizi müzakirə etmək imkanı verdi”.
V.VƏLİYEV