ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı NATO ilə yeni saziş çərçivəsində Kiyevə Amerika silahlarının tədarükünün sürətləndirilməsini müzakirə edib. SİA xəbər verir ki, bu barədə Kelloq “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Kiyevdə Zelenski ilə ABŞ Prezidentinin Ukraynaya ən yaxşı Amerika silahlarının tədarükünü sürətləndirəcək tarixi NATO sazişini müzakirə etmək üçün görüşdük.
Müttəfiqlər tərəfindən tam maliyyələşdirilən saziş tədarükləri sürətləndirir, Ukraynanın müdafiəsini dəstəkləyir, NATO birliyini gücləndirir və güc vasitəsilə sülhə sadiqliyini vurğulayır”, - paylaşımda qeyd olunub. Xatırladaq ki, Kelloq Ukraynaya bir həftəlik səfər edib.