Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin siyahısı genişləndirilir.
Artıq bu sahədə təkcə ümumtəhsil müəssisələrinin müvafiq strukturları deyil, həm də məktəbdənkənar təhsil müəssisələri fəaliyyət göstərə biləcək.
SİA-nın məlumatına görə, ekspertlər hesab edirlər ki, “Məktəbəqədər təhsil haqqında” qanuna edilən dəyişiklik valideynlərin üzləşdiyi bir sıra çətinlikləri aradan qaldıracaq.