İngiltərə millisinin sabiq futbolçusu altıncı liqa klubuna keçib

14 İyul 2025 18:08 (UTC+04:00)

İngiltərə millisinin və "Liverpul"un sabiq futbolçusu Endi Kerroll özünə yeni klub tapıb.

SİA xəbər verir ki, 36 yaşlı forvard İngiltərənin altıncı liqasında mübarizə aparan "Dagenem & Redbriç" komandasına keçib.

Təcrübəli oyunçu ötən mövsümü Fransanın "Bordo" klubunda keçirib. O, Liqa 2-də 23 oyunda meydana çıxıb və 11 qol yadda qalıb.

Endi Kerroll İngiltərə milli komandasının heyətində isə 9 oyunda 2 dəfə fərqlənib.

Qeyd edək ki, “Dagenem & Redbriç” 2016-cı ildə İngiltərə 1-ci Liqasında çıxış edib. Hazırda 6-cı divizionda mübarizə aparan klub bu yaxınlarda Qətər şirkəti tərəfindən satın alınıb.